German Gold nümayəndələrinin ARG Group-a səfəri

German Gold nümayəndələrinin ARG Group-a səfəri

German Gold nümayəndələrinin ARG Group-a səfəri

26 sentyabr 2025, 10:42

19 sentyabr 2025-ci il tarixində ölkəmizdəki rəsmi distribütoru olduğumuz German Gold şirkətinin nümayəndələri Bakıda qonağımız oldu. Səfər zamanı qonaqlarımız ofisimizdə əməkdaşlarımızla görüşərək bazarın mövcud vəziyyəti, müştəri gözləntiləri və məhsulların xüsusiyyətləri barədə danışıqlar aparıldı. Həmçinin əməkdaşlıq üzrə gələcək inkişaf imkanları, məhsul çeşidliyinin artırılması və bazar tələbləri haqqında  fikir müzakirələr həyata keçirilib.

Görüşlərdə Azərbaycan bazarında German Gold məhsullarına olan tələbatın xüsusiyyətləri, satışların artırılması, məhsul çeşidinin genişləndirilməsi və müxtəlif mühərrik növlərinə uyğun texniki həllərin təqdim edilməsi mövzuları ön planda idi. Mövsümi dəyişikliklərin mühərrik yağlarının performansına təsiri, keyfiyyət göstəriciləri və müştəri rəyləri ilə bağlı da ətraflı fikir mübadiləsi aparıldı. Avtomobilin sektorundaki dəyişiklərə uyğun olaraq ehtiyacların müəyyənləşdirilməsi və yeni formulların hazırlanması məsələsi prioritet kimi vurğulandı.

Nümayəndə heyəti həmçinin tərəfdaşlıq etdiyimiz yağdəyişmə məntəqələrini ziyarət edərək ustalar və müştərilərlə birbaşa ünsiyyətdə oldular. Müsbət müşəri rəyləri nümayəndə heyətində brendlərinə qarşı ölkəmizdə olan inamı təcəssüm etdirmiş oldu. Həmçinin geridönüşləri diqqətə alacaqları vurğulayaraq müsbət geridönüşlərin artması üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.

Səfərin bir hissəsi kimi qonaqlarımıza Bakı şəhərinin mədəni və müasir tərəflərini də göstərdik. Bundan əlavə Formula 1 Azərbaycan Qran Prisi-ni də canlı izləmək şansı əldə ediblər. Onlar şəhərimizdən xoş təəssüratlarla ayrıldıqlarını qeyd etdilər.

German Gold nümayəndələri səfərin sonunda ARG Group ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, tərəfdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduqlarını vurğuladılar.

Sizi maraqlandıra bilər

Ticarətin İrsi tədbirindən iştirak etdik

Ticarətin İrsi tədbirindən iştirak etdik

Şirkətimiz ölkənin ən böyük e-ticarət platformalarından biri olan Birmarket tərəfindən təşkil olunan “Ticarətin İrsi” tədbirində uğurla iştirak edib. Bu tədbir yerli e-ticarət ekosistemində tərəfdaşlıq, innovasiya və inkişaf üçün vacib platforma kimi çıxış edir və müxtəlif sahələrdən olan şirkətləri bir araya gətirir.ARG Group olaraq tədbirdə həm şirkətimizi təmsil etdik, həm də Business by Birmarket üzərindən satış edən tərəfdaşlarla və platformanın ekspert komandası ilə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə etdik. G&oum...
14 noyabr 2025, 10:21
Daha ərtaflı