Ticarətin İrsi tədbirindən iştirak etdik

Ticarətin İrsi tədbirindən iştirak etdik

Ticarətin İrsi tədbirindən iştirak etdik

14 noyabr 2025, 10:21

Şirkətimiz ölkənin ən böyük e-ticarət platformalarından biri olan Birmarket tərəfindən təşkil olunan “Ticarətin İrsi” tədbirində uğurla iştirak edib. Bu tədbir yerli e-ticarət ekosistemində tərəfdaşlıq, innovasiya və inkişaf üçün vacib platforma kimi çıxış edir və müxtəlif sahələrdən olan şirkətləri bir araya gətirir.

ARG Group olaraq tədbirdə həm şirkətimizi təmsil etdik, həm də Business by Birmarket üzərindən satış edən tərəfdaşlarla və platformanın ekspert komandası ilə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə etdik. Görüşlər çərçivəsində platformanın inkişaf strategiyaları, yeni alətlər, eləcə də marketplace mühitində satıcı performansını artıran mexanizmlər barədə ətraflı məlumat aldıq.

Tədbir sessiyalarında müzakirə edilən əsas mövzular:

  • Rəqəmsal ticarətin inkişaf istiqamətləri: E-ticarətin yerli bazarda artan rolu, müasir satış alətləri və istehlakçı davranışlarının dəyişimi haqqında trendlər.

  • Məhsulların doğru siyahıya alınmasının satışa təsiri: Açıqlamaların, şəkillərin və kateqoriyaların optimallaşdırılmasının alqoritmlərə və dönüşümlərə təsiri.

  • Effektiv vitrin idarəçiliyi və alqoritm uyğunluğu: Marketplace mexanizmlərinə uyğun şəkildə məhsul görünürlüğünün artırılması yolları.

  • Satıcılar üçün dönüşüm artıran strategiyalar: Endirimlər, paket təkliflər və müştəri davranışına uyğunlaşdırılmış satış üsulları.

  • Gələcək əməkdaşlıq və böyümə imkanları: ARG Group-un Birmarket platformasında daha güclü təmsil olunması və genişlənmə potensialı.

Tədbir həm informasiya baxımından zəngin, həm də tərəfdaş şəbəkəsinin genişlənməsi üçün faydalı oldu. Aldığımız tövsiyələr və müzakirə edilən yeni yanaşmalar sayəsində marketplace üzərində fəaliyyətimizi daha da təkmilləşdirmək niyyətindəyik.

ARG Group olaraq inanırıq ki, Birmarket ilə əməkdaşlığımız davamlı şəkildə güclənəcək və qarşıdakı dövrdə daha böyük birgə layihələrə imza atacağıq.

Sizi maraqlandıra bilər

ARG Group Avtomexanika Şanxay 2025 sərgisində

ARG Group Avtomexanika Şanxay 2025 sərgisində

ARG Group olaraq avtomobil sənayesinin ən böyük və ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Automechanika Shanghai 2025 sərgisində iştirak etdik. Çinin Şanxay şəhərində keçirilən bu sərgi avtomobil sahəsində fəaliyyət göstərən minlərlə şirkəti və mütəxəssisi bir araya gətirərək qlobal bazarın əsas inkişaf istiqamətlərini nümayiş etdirdi.Bu səfərdə əsas məqsədimiz yeni əməkdaşlıqlar qurmaq, beynəlxalq təcrübəni yaxından öyrənmək və daim inkişaf edərək müştərilərimiz üçün daha yaxşı və daha keyfiyyətli həllər təqdi...
28 dekabr 2025, 17:38
Daha ərtaflı